Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb.
ONA-nın məlumatına görə, iclasın gündəliyinə 18 məsələ daxil edilib.
İclasda İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək, Şəhərsalma və Tikinti və Torpaq məcəllələrində, “Pasportlar haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlarda dəyişikliklər, “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcların tənzimlənməsi haqqında” qanun layihələri müzakirə ediləcək.
Gündəliyə daxil edilmiş 12 məsələ isə ikinci və üçüncü oxunuşda səsverməyə çıxarılacaq.