Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb.
ONA-nın məlumatına görə, iclasın gündəliyinə 22 məsələ daxil edilib.
İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək.
Deputatlar “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziya və icazələr haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Aqrar sığorta haqqında” və s. qanun layihələrinə, o cümlədən Mülki Məcəllə, Mülki Prossesual Məcəllə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri də müzakirə edəcəklər.