• SİYASƏT

    09:52 28 fevral 2019

Milli Məclisin martın 5-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

ONA-nın məlumatına görə, iclasın gündəliyinə 18 məsələ daxil edilib.

İclasda Şəhərsalma və Tikinti və Torpaq məcəllələrində, “Pasportlar haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlarda dəyişikliklər, “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə ediləcək.

Gündəliyə daxil edilmiş 13 məsələ isə ikinci və üçüncü oxunuşda səsverməyə çıxarılacaq.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR