• SİYASƏT

    15:19 17 may 2019

Milli Məclisin növbədənkənar xüsusi sessiyası keçiriləcək

Milli Məclisin növbədənkənar xüsusi sessiyası keçiriləcək.

ONA-nın əldə etdiyi məlumata görə, xüsusi sessiyasının ilk plenar iclasının iyunun 11-də keçirilməsi nəzərdə tutulub. Daha bir plenar iclasın vaxtı isə hələ ki, açıqlanmayıb.

Növbədənkənar sessiya 76 deputatın müraciəti ilə çağırılıb. Sessiya çərçivəsində komitə iclasları və iki plenar iclasın keçirilməsi nəzərdə tutulub.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini isə müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının sonuncu iclası mayın 31-də keçiriləcək.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR