Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
ONA-nın məlumatına görə, gündəliyə 19 məsələ daxil edilib.
İclasda öncə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında məsələyə baxılacaq. Eyni zamanda gündəliyə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziya və icazələr haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında”, “Nəqliyyat haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihələrinə, o cümlədən Mülki Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Su Məcəlləsində, Meşə Məcəlləsində, Torpaq Məcəlləsi, Şəhərsalma və Tikinti Məcəlləsi, Vergi Məcəlləsi, Mənzil Məcəlləsi və Gömrük Məcəlləsinə dəyişikliklər daxil edilib.