Milli Məclisin martın 29-da keçiriləcək iclasının gündəliyi dəyişdirilib.
ONA-nın əldə etdiyi məlumata görə, iclasın gündəliyindəki məsələlərin sayı 26-dan 25-ə endirilib.
İclasın gündəliyindən “Banklar haqqında” qanun layihəsi çıxarılıb.
Qeyd edək ki, “Banklar haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddinin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulurdu.