• SİYASƏT

    11:01 8 aprel 2019

Milli Məclisin sabahkı iclasının gündəliyinə dəyişiklik edilib

Milli Məclisin sabah-aprelin 9-da keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.

ONA-nın məlumatına görə, iclasın gündəliyindəki məsələlərin sayı 19-dan 20-yə qaldırılıb.

Bir paketə daxil olan “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında” və "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlara dəyişiklik layihələri iclasın gündəliyindən çıxarılıb.

Bundan əlavə, "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında" sazişin təsdiq edilməsi barədə və "Banklar haqqında" qanun layihələri iclasın gündəliyinə əlavə edilib.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR