• SİYASƏT

    12:00 9 aprel 2019

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

ONA-nın məlumatına görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 20 məsələ daxil edilib.

İclasda əvvəlcə Hesablama Palatasının hesabatı təqdim olunacaq.

Eyni zamanda gündəliyə Ailə, Vergi, İnzibati Xətalar, Su, Meşə və Əmək məcəllələrinə, o cümlədən “Gömrük tarifi haqqında”, “Fitosanitar nəzarət haqqında”, “Balıqçılıq haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Kənd təsərrüfatı kooperasiyaları haqqında”, “Avtomobil yolları haqqında”, “Banklar haqqında” və digər qanunlara dəyişikliklər daxil edilib.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR