Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclaslarının gündəliyi açıqlanıb.
ONA-nın məlumatına görə, mayın 30-da və 31-də keçiriləcək iclasların gündəliyinə ümumilikdə 26 məsələ daxildir.
Bunlar “Kredit ittifaqları haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinin daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” , “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” , “Dövlət rüsumu haqqında” və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Vergi Məcəlləsinə dəyişiklik layihələridir.
Bundan başqa, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi də müzakirə olunacaq.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlayır, mayın 31-dək davam edir.