Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 6-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
ONA-nın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və Milli Şuranın Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
Bununla bağlı təşkilatçılara məlumat verilib.
Qeyd edək ki, Milli Şura aprelin 6-da mitinq keçirmək üçün BŞİH-nə müraciət edib.