• SİYASƏT

    16:06 14 mart 2019

Milo Cukanoviç: “Monteneqro və Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir”

“Monteneqro və Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir”.

ONA xəbər verir ki, bu sözləri Monteneqronun Prezidenti Milo Cukanoviç prezident İlham Əliyevlə görüşdən sonra deyib.

"Prezident İlham Əliyevlə görüş zamanı turizm və enerji layihələrinin həyata keçirilməsini müzakirə etdik. Görüşdə həmçinin Xəzər dənizindən təbii qazın Albaniya, Monteneqro və Bosniyadan keçərək bizim regiona çatdırılmasını nəzərdə tutan İon-Adriatik kəməri layihəsi də müzakirə olundu. Monteneqro regionda ən sürətlə inkişaf edən ölkələrdən biridir”, - deyə o əlavə edib.

O, Prezident İlham Əliyevi Monteneqroya rəsmi səfərə dəvət edib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR