Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
ONA xəbər verir ki, təbrikdə deyilir: “Bizə dost ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Xalqınızın ümid və arzularının həyata keçirilməsində Sizin uğurlarınızın davamlı olmasını ürəkdən arzulayıram.
Fürsətdən istifadə edərək, dost xalqlarımızın maraqlarına uyğun olaraq bütün sahələrdə qarşılıqlı əməkdaşlığımızın inkişaf etdirilməsinə ümidvar olduğumu bildirmək istərdim.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm”.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik göndərib.
Təbrikdə bildirilir: “Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını Qazaxıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan rəqabətqabiliyyətli, dinamik inkişaf edən dövlət kimi iqtisadi, sosial və mədəni-humanitar sahələrdə nailiyyətləri ilə dünya birliyində layiqli yer tutur.
Bununla əlaqədar olaraq arzu edirəm ki, ölkəniz Sizin rəhbərliyiniz ilə daha intensiv inkişaf etsin və xoş məramlarına çatsın.
Ürəkdən inanıram ki, Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan strateji əməkdaşlıq bundan sonra da iki ölkənin xalqlarının rifahı naminə inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə məsul vəzifənizdə böyük uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi arzu edirəm”.