Milli Məclisin növbədənkənar xüsusi sessiyasının iyunun 13 və 14-də keçiriləcək plenar iclaslarının gündəliyi bəlli olub.
APA-nın məlumatına görə, plenar iclasların gündəliyinə 36 məsələ daxil edilib.
Bunlar “Aqrar sığorta haqqında”, “Baytarlıq haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinin daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Banklar haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, "Təhsil haqqında”, “Dövlət rüsumu haqqında” və s. qanunlara dəyişiklik layihələridir. Bundan başqa, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi də ikinci oxunuşda müzakirə olunacaq.
Qeyd edək ki, Milli Məclisin xüsusi sessiyanın plenar iclaslarının iyunun 13-ü, 14-ü, 28-i və iyulun 9-u, 12-də keçirilməsi nəzərdə tutulub.