• SİYASƏT

    13:50 30 sentyabr 2019

MM-in payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib

Milli Məclisin 2019-cu il payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib.

ONA xəbər verir ki, işlər planına Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri daxildir. Bundan başqa, payız sessiyasında “Peşə bilikləri haqqında”, “Sosial sifarişlər haqqında”, “Texniki tənzimləmə haqqında”, “Lombardlar haqqında”, “Ali təhsil haqqında”, “Kabel şəbəkəsi haqqında”, “ Kinematoqrafiya haqqında”, Yazılı abidələr haqqında”, “Daxili qoşunlar haqqında”, “Reproduktiv sağlamlığın qorunması haqqında”, “Turizm haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” layihələrinin müzakirəyə çıxarılması və bir sıra qanun layihələrinə dəyişikliklərin edilməsi gözlənilir.

Qeyd edək ki, payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR