• SİYASƏT

    14:04 9 aprel 2019

Monteneqro Azərbaycanda diplomatik nümayəndəlik açıb

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Monteneqronun Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Zelko Raduloviçi qəbul edib.

XİN-dən ONA-ya verilən məlumata görə, Pərvin Mirzəzadə Z.Raduloviçə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu edib.

Monteneqronun Azərbaycanda diplomatik nümayəndəliyinin fəaliyyətə başladığını qeyd edən montereqtolu diplomat iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib. Bu xüsusda, o, Monteneqro Xarici İşlər Nazirliyinin diplomatik nümayəndəliyin açılması ilə bağlı məktubunu səfir P.Mirzəzadəyə təqdim edib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR