“Azərbaycan son illər çox vacib forumlar təşkil etməklə dünyada sabitliyə böyük töhfə verir”.
ONA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumunda Monteneqro prezidenti Milo Cukanoviç deyib.
Montoneqro prezidenti qeyd edib ki, dünyada mövcud olan yeni çağırışlar yeni siyasi yanaşma tələb edir: "Yeni siyasət dünyada təhlükəsizlik baxımından çox vacibdir. Əlbəttə, hər kəs öz mövqeyindən çıxış edə bilər. Balkan ölkəsi olaraq deyə bilərəm ki, Monteneqro bu ölkələr arasında müharibənin baş vermədiyi yeganə ərazidir. Lakin biz bununla kifayətlənmirik. Biz regionda baş verənləri yaxından izləyir və müzakirə edirik”.
Milo Cukanoviç əlavə edib ki, ölkələr xarici siyasətlərini qurarkən əməkdaşlıq prioritet olmalıdır.
"Monteneqro məhz buna üstünlük verir", - deyə o vurğulayıb.