• SİYASƏT

    09:48 27 fevral 2019

Monteneqro prezidenti Azərbaycana gəlir

Monteneqro prezidenti Milo Cuqanoviç Azərbaycana gələcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən ONA-ya verilən məlumata görə, o, VII Qlobal Bakı forumunda iştirak edəcək. Milo Çuqanoviçin forumda nitq söyləyəcəyi və səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyi də nəzərdə tutulur.
Xatırladaq ki, forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə Monteneqro prezidenti ilə yanaşı, Əfqanıstan, Bosniya və Herseqovina, Albaniya və digər ölkələrin dövlət və hökumət başçıları da qatılacaq.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR