Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başa çatıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüş təkbətək formatda başlayıb, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.
Nazirlər danışıqların yekunları ilə bağlı birgə mətbuat konfransı keçirib.