Sabah Moskvada xarici işlər naziri Elmar Məmmədyarovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş olacaq.
ONA-nın Moskva bürosunun verdiyi məlumata görə, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib.
Qeyd edək ki, Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının sabahkı iclasında iştirak etmək üçün Moskvaya gedəcək.