• SİYASƏT

    17:32 5 aprel 2019

Elmar Məmmədyarovla Sergey Lavrov görüşüb - YENİLƏNİB

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüş keçirib.

XİN-dən ONA-ya bildirilib ki, görüş zamanı Azərbaycan ilə Rusiya arasında siyasi dialoqun və çoxşaxəli əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnunluq ifadə edilib və qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.

***

16.33

Moskvada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarovla rusiyalı həmkarı Sergey Lavrov arasında təkbətək görüş keçirilir.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş mediaya qapalıdır. Nazirlərin ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparması gözlənilir.

Qeyd edək ki, bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası baş tutub.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR