• SİYASƏT

    12:30 17 may 2023

Moskvada “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət" adlı sərgi açılıb - FOTO

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri sərgi mərkəzindəki (VDNX) “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkiıatçılığı ilə görkəmli dövlət və siyasi xadim, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət” adlı sərgi açılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, sərgidə XX və XXI əsrin əvvəllərində Azərbaycan təsviri sənət ustalarının nadir əsərləri nümayiş olunur.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərgini açaraq qeyd edib ki, Rusiyanın bir çox region və şəhərlərində Azərbaycan və Rusiya arasında “körpü”yə çevrilmiş görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər keçirilir: “Vladimir vilayəyindəki kitabxanadakı tədbirdən başlayaraq Moskvada və Rusiyanın bir çox regionlarında keçirilən böyük tədbirlərlə Heydər Əliyevin böyük töhfəsini xatırlayırlar”.

Səfir xatırladıb ki, mayın 15-də TASS Dövlət İnformasiya Agentliyində möhtəşəm sərgi təşkil olunub: "Dövlət Dumasında və Federasiya Şurasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgilər yüksək siyasi səviyyədə keçirilib. Dövlət Dumasının sədri Vyaçeslav Volodin, onun müavinləri, bütün fraksiyaların rəhbərləri Dövlət Dumasında sərginin açılışında iştirak ediblər. Heydər Əliyev Fondunun sayəsində sərgi çox əlamətdar oldu. Federasiya Şurası da sərgiyə ev sahibliyi etdi. Heydər Əliyevi şəxsən tanıyan Valentina Matvienko Azərbaycanın ümummilli liderinin ünvanına çoxlu xoş sözlər söylədi. Heydər Əliyevin adı bu gün də Azərbaycan və Rusiya xalqlarının yaxınlaşmasına xidmət edir”, - deyə Polad Bülbüloğlu vurğulayıb

Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman çıxışında 2001-ci ildə ümummilli lider Heydər Əliyevlə görüşü ilə bağlı xatirələrini bölüşüb. “Heydər Əliyev öz ölkəsinin, ölkəsinin yeni siyasətinin memarı oldu, Prezident İlham Əliyevin bu gün inamla irəli apardığı müasir Azərbaycanın memarı oldu”, deyə Qusman söyləyib.

“Azərbaycan” pavilyonunun direktoru Səadət Kadırova qeyd edib ki, sərgi təkcə Azərbaycanın deyil, bütün postsovet məkanının tarixinə adını qızıl hərflərlə yazmış Heydər Əliyevə həsr olunub: “İncəsənət və mədəniyyət xadimlərinə böyük ehtiramla yanaşan Heydər Əliyevə həsr olunmuş sərginin Azərbaycan pavilyonunda açılması bizim üçün böyük şərəfdir. Ekspozisiyada Heydər Əliyevin sevimli rəssamlarının əsərləri nümayiş etdirilir. Sərgi bir ay davam edəcək və bu müddət ərzində çoxlu sayda moskvalılar Azərbaycan rəssamlarının möhtəşəm əsərləri ilə tanış ola biləcəklər".

Moskvada “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət" adlı sərgi açılıb - FOTO Moskvada “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət" adlı sərgi açılıb - FOTO Moskvada “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət" adlı sərgi açılıb - FOTO Moskvada “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət" adlı sərgi açılıb - FOTO Moskvada “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət" adlı sərgi açılıb - FOTO Moskvada “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət" adlı sərgi açılıb - FOTO Moskvada “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət" adlı sərgi açılıb - FOTO Moskvada “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət" adlı sərgi açılıb - FOTO Moskvada “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət" adlı sərgi açılıb - FOTO Moskvada “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət" adlı sərgi açılıb - FOTO Moskvada “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət" adlı sərgi açılıb - FOTO Moskvada “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət" adlı sərgi açılıb - FOTO Moskvada “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət" adlı sərgi açılıb - FOTO Moskvada “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət" adlı sərgi açılıb - FOTO Moskvada “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət" adlı sərgi açılıb - FOTO

Azərbaycan İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev ekspozisiyada Azərbaycan təsviri sənətinin korifeyləri - Bəhruz Kəngərli, Ələkbər Rzaquliyev, Tahir Salahovun əsərlərinin təqdim olunduğunu xatırladıb.

Sərginin açılış mərasimində çıxış edən Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Heydər Əliyevin həyatının tarixi mərhələlərindən danışıb. Politoloq vurğulayıb ki, Heydər Əliyev suveren Azərbaycanın rəhbərliyinə qayıtmaqla ölkəni xilas edib: “Heydər Əliyevin siyasi-dövlət irsi hələ də öz düşünülmüş tədqiqatını gözləyir. Bütün postsovet respublikaları öz liderləri ilə Azərbaycan qədər şanslı olmayıb. Bu nəhəng müsbət təcrübə də diqqətlə öyrənilməyə layiqdir”, - deyə Markov əlavə edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR