Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi nəzərə tutulur.
APA xəbər verir ki, bu barədə Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, üçtərəfli görüşün mayın 25-də keçirilməsi planlaşdırılır.
N. Paşinyan artıq görüşə razılıq verdiyini vurğulayıb.