Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
ONA-nın məlumatına görə, təbrikdə deyilir:
“Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Siz Azərbaycan Respublikası Prezidentinin vəzifələrini yerinə yetirərək, həmvətənləriniz üçün firavan və dinc həyatın qurulması naminə yorulmadan çalışır, ölkədə millətlərarası və dinlərarası harmoniyaya əhəmiyyətli töhfə verirsiniz.
Sizə möhkəm cansağlığı, Prezident kimi ali və məsul fəaliyyətinizdə Qadir Allahdan kömək və uğurlar diləyirəm.
Bir-birinə qonşu olan Azərbaycan və Ermənistan xalqlarının bərəkətli torpaqlarında möhkəm və ədalətli sülhün bərqərar olması üçün Ulu Tanrıya dualar edirəm”.