Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.
APA-nın “Daily Sabah”a istinadən verdiyi xəbərə görə, bu barədə Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.
Türkiyəli nazir qeyd edib ki, o, mayın 31-də Yunanıstana səfər edəcək və bu səfərin ardından Azərbaycana gələcək.
İyunun 12-14-də isə M. Çavuşoğlu Brüsselə səfər edəcək.