Azərbaycanda artıq əhalinin 1,5 milyon nəfərindən çoxuna yeni nəsil şəxsiyyət vəsiqəsi verilib, onların 1 milyon nəfərdən çoxu seçicidir.
ONA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib
O bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqəsində ünvan və verilmə tarixi yoxdur: “Biz bütün məntəqələri yeni şəxsiyyət vəsiqələrini çip oxuyan qurğu ilə təmin etmişik. Yəni, 118 dairə üzrə 5049 məntəqə çip oxuyan cihazla təmin olunub”.