• SİYASƏT

    16:24 8 dekabr 2023

MSK fevralın 7-də növbədənkənar prezident seçkiləri təyin edib

Mərkəzi Seçki Komissiyasının növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar iclası başlayıb.

ONA xəbər verir ki, iclasın gündəliyinə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi daxil edilib.

MSK 7 fevral 2024-cü ildə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi barədə qərar verib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib. Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR