• SİYASƏT

    17:02 9 aprel 2019

MSK REAL-ın Milli Məclisə təqdim etdiyi imzaları yoxlayacaq

Mərkəzi Seçki Komissiyası (MSK) Respublikaçı Alternativ təşəbbüs qrupunun (REAL) Milli Məclisə təqdim etdiyi imzaları yoxlayacaq.

ONA-nın məlumatına görə, bu barədə MSK-nın katibi Arifə Muxtarova qurumun bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, Milli Məclis martın 19-da MSK-ya müraciət edib. MSK isə bir neçə qanun layihəsi ilə bağlı REAL-ın Milli Məclisə təqdim etdiyi 41 500 imzanın yoxlanılması üçün İşçi Qrupu yaradıb. İşçi Qrupu imzaların düzgünlüyünü və seçki yaşına çatmış Azərbaycan vətəndaşlarına aid olub-olmamasını yoxlayacaq. İşçi Qrupunun tərkibinə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri və Daxili İşlər Nazirliyinin mütəxəssisləri yer alacaq.

MSK üzvü Etibar Əliyev İşçi Qrupunun əlaqələndiricisi təyin olunub. Proses yekunlaşdıqdan sonra İşçi Qrupunun rəyləri və protokolu Milli Məclisə göndəriləcək.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR