• SİYASƏT

    12:46 23 dekabr 2019

MSK saat 12:00-a olan seçici fəallığını açıqlayıb

Mərkəzi Seçki Komissiyası bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı saat 12:00-a olan seçici fəallığını açıqlayıb.

APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 12:00-a olan səsvermənin gedişi və nəticələri barədə bildirib ki, respublika üzrə seçici fəallığı 898452 nəfər təşkil edib. Seçici fəallığı 18,07 faiz olub.

Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə prosesinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.

Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR