Sabah Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək: “Bələdiyyə seçkiləri 118 dairəni, ümumilikdə 5049 məntəqəni əhatə edəcək. Seçki prosesində iştirak edəcək seçiciləri sayı isə 4 milyon 972 min 356 nəfərdir. Sabahkı seçkilərlə əlaqədar bütün siyahılar dəqiqləşib və məntəqələrdən asılıb”.
MSK sədri bildirib ki, artıq 1000 məntəqədə veb-kameralar quraşdırılıb: “Onlar vasitəsilə səsvermənin gedişi və başa çatmasını izləmək mümkün olacaq”