"Seçki prosesi milyonlarla insanın iştirak etdiyi tədbirdir".
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, dünyanın heç bir yerində seçkilər zamanı xoşagəlməz halların baş verməsindən heç kim sığortalanmayıb: “Biz qarşımıza tələb qoymuşuq ki, bunu minimuma endirək. Hesab edirəm ki, biz buna kifayət qədər nail olmuşuq. Seçkilər qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir”.