MSK: Maliyyə hesabatı təqdim etməyən 12 partiyadan 6-nın sədri vəfat edib
  • SİYASƏT

  • 17:09 09 Aprel 2019

MSK: Maliyyə hesabatı təqdim etməyən 12 partiyadan 6-nın sədri vəfat edib

“Azərbaycanda 55 siyasi partiya var, 12 siyasi partiya 2018-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməyib”.

ONA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Rəhimov bildirib ki, həmin partiyaların 6-nın sədri dünyası dəyişib. Onlardan ikisinin partiya üzvləri hesabatı təqdim etsələr də, sədrin imzası olmadığından qəbul edilməyib. Digər siyasi partiyalarla isə əlaqə saxlamaq mümkün olmayıb. 

M.Rəhimov qeyd edib  ki, bu həftənin sonuna qədər proses yekunlaşacaq və bu barədə Ədliyyə Nazirliyinə məlumat veriləcək.

Mirmahmud Kazımoğlu

Teqlər: MSK partiya hesabat bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR