Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun Azərbaycana səfəri başlayıb.
APA-nın məlumatına görə, səfər çərçivəsində TBMM sədrinin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.
Qeyd edək ki, TBMM sədrinin Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında çıxış etməsi nəzərdə tutulub.