Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 17-də Muxtar Respublikasının Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
ONA-nın xəbərinə görə, Elçin Səfa oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib.