• SİYASƏT

    11:36 18 mart 2019

Naxçıvan mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.

ONA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşad Xudiyev Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, R. Xudiyev 1 il 4 ay əvvəl, 29 noyabr 2017-ci ildə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm nazirinin müavini təyin edilib. R. Xudiyev ondan əvvəl muxtar respublikanın Təhsil Nazirliyində və Nazirlər Kabinetində çalışıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR