"Biz Aİ ilə yeni tərəfdaşlıq sazişini əlaqələrimiz üçün vacib sənəd hesab edirik. Bu sənəd müxtəlif istiqamətdə əlaqələr üçün yeni imkanlar açacaq".
ONA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Sənədin 95 faizi razılaşdırılıb. 5 faizi isə qismən razılaşdırılıb. Biz hesab edirik ki, gələn ay sənədi tamamilə razılaşdıracağıq”, - deyə nazir vurğulayıb.