• SİYASƏT

    16:25 28 may 2019

Nazir: "Azərbaycan və Pakistan arasında birbaşa uçuşlar həyata keçiriləcək"

"Yaxın zamanda Azərbaycan və Pakistan arasında birbaşa uçuşlar həyata keçiriləcək".

ONA “Dawn”-a istinadən xəbər verir ki, bu barədə Pakistanın aviasiya naziri Qulam Sərvər Xan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ilə görüşdə bildirib.

Məlumata görə, nazir Pakistan və Azərbaycanın qardaş ölkə olduğunu vurğulayaraq, iki ölkə arasında əlaqələrin etimad və hörmət üzərində qurulduğunu qeyd edib.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bildirib ki, Azərbaycan Pakistanla əlaqələri gücləndirməkdə maraqlıdır.

Qeyd edək ki, hazırda Azərbaycan və Pakistan arasında hava əlaqəsi yoxdur.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR