"BMT Xartiyasında heç bir müharibə olmayacağı dünyanın yaradılması əksini tapıb".
ONA-nın məlumatına görə, bunu Bakıda keçirilən 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunmuş "BMT sistemində Sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" adlı panel müzakirəsində çıxışında xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, Xartiya qəbul olunanda Fələstin məsələsi, Pakistan-Hindistan məsələsi mövcud idi: "BMT Təhlükəszilik Şurası buna çox mudaxilə etməyə çalışırdı. O zaman bir sıra qətnamələr qəbul edildi. Bəziləri qismən icra edildi, bəziləri icra olunmamış qaldı. Bundan başqa, BMT-də islahalatlarla bağlı ideyalar hökm sürürdü ki, Təhlükəsizlik Şurası üzvlərinin sayı artsın, lakin bu, özünü doğrultmadı. Ümumiyyətlə isə, BMT-nin sistem kimi yaranmasının özü dünya üçün böyük dəyərdir. BMT mövcud olmasaydı, istənilən belə təsisat yaratmalı idik".