• SİYASƏT

    22:30 16 aprel 2019

Elmar Məmmədyarov Pyotr Vojnyakla Azərbaycanla Polşanın enerji sahəsində əməkdaşlığını müzakirə edib

Polşa Respublikasına rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Polşanın Neft və qaz şirkətinin prezidenti Piotr Vojnyak ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, nazir E.Məmmədyarov ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və infrastruktur layihələri haqqında ətraflı məlumat verib. Azərbaycan tərəfinin iki ölkə arasında enerji sahəsində iş birliyini dəstəklədiyini bildirən nazir E.Məmmədyarov, Polşa ilə bu xüsusda əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Öz növbəsində, Piotr Vojnyak Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduqlarını və SOCAR-ın təcrübəsindən yararlanmaq istədiklərini xüsusilə qeyd edib.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR