• SİYASƏT

    17:42 24 noyabr 2022

Nazir: Erməni silahlı dəstələri Azərbaycan ərazilərini tam tərk etməyib

Ermənistan üçtərəfli bəyanata uyğun öhdəliklərini tam yerinə yetirmir. Bu, qəbuledilməzdir.

ONA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, avqust ayından bəri Azərbaycan ərazilərində 2700-ə yaxın Ermənistan istehsalı minalar aşkar olunub ki, bu minalar da 2021-ci ildə istehsal olunub.

XİN rəhbəri vurğulayıb ki, bununla bağlı lazımi beynəlxalq qurumlar məlumatlandırılıb.

“Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi qəbuledilməzdir və post-münaqişə dövründə normallaşma prosesinə zərbədir”, - nazir qeyd edib.

Ceyhun Bayramov onu da vurğulayıb ki, erməni silahlı dəstələri hələ də Azərbaycan ərazilərini tam tərk etməyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR