“Macarıstan və Azərbaycan arasında qarşılıqlı anlaşma və rəğbət mövcuddur”.
ONA xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ADA Universitetində mühazirə zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan və Macarıstan əlaqələri strateji səviyyədədir. O deyib ki, Macarıstan xalqı şərq köklərinə malikdir: " Bu, mənim Azərbaycana 10-cu səfərimdir. Hər dəfə də müsbət dəyişikliklərə şahid oluram. Siz öz milli mənsubiyyətinizlə və irsinizlə qürür duymalısınız. İki ölkə arasında linqvistik, mədəni və tarixi əlaqələr mövcuddur. Təəssüf ki, indiki dövrdə beynəlxalq siyasətdə anlaşma çatışmır, çünki güclülərin sözü keçir. İkili standartlar mövcuddur. Belə ki, böyük ölkələrin atacağı addımları balaca ölkələr edə bilməz".
O qeyd edib ki, hər iki ölkə dəfələrlə ikili standartlara məruz qalıb. Nazir deyib ki, Macarıstan Azərbaycan-Aİ əlaqələrinə töhfə verməyə hazırdır.