Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların növbəti iclası bir ay ərzində Tbilisidə keçiriləcək.
ONA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.
O qeyd edib ki, Azərbaycan-Gürcüstan sərhədinin bəzi hissələri ilə əlaqədar müzakirələrdə bir sıra çətinliklər var.
Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Komissiyaların 12-ci iclası mayın 23-24-də Bakıda keçirilib.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhədlər və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Gürcüstan tərəfindən nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini, Gürcüstan Hökumətinin sərhədlər məsələləri üzrə xüsusi nümayəndəsi Laşa Darsaliya başçılıq edib.