"Nəsiminin məzarının bərpası ilə bağlı dövlət tərəfindən danışıqlar aparılır".
APA xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev məzarın bərpası, bu istiqamətdə danışıqlar aparılması ilə bağlı tapşırıq verib:
"Bu gün Suriyadakı vəziyyət buna böyük əngəldir. Hesab edirəm ki, "Nəsimi ili", Nəsimi festivalı bu məsələnin daha çevik həll olunmasına dəstək olacaq. Vəziyyət imkan verən kimi Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, digər qurumlar məzarın bərpası ilə bağlı işlər görəcək".
Qeyd edək ki, Nəsiminin məzarı Suriyanın Hələb şəhərindədir.