• SİYASƏT

    18:46 5 fevral 2021

Nazir: "Qarabağın dirçəlişi Qafqazda sabitliyi möhkəmləndirəcək"

"Yeni geosiyasi reallıq, Qarabağda böyük bərpa planları və regionda nəqliyyat əlaqələrinin açılması Azərbaycanda inkişaf və məşğulluğa töhfə verəcək".

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir əlavə edib ki, Qarabağın dirçəlişi Qafqazda sabitliyi möhkəmləndirəcək və Azərbaycanın regional mərkəz kimi rolunu gücləndirəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR