"Qərara gəlmişik ki, Slovakiyanın Bakıda səfirliyini açaq".
ONA-nın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
"Səfirliyin açıqlması əməkdaşlığımızı daha da sürətləndirəcək", - deyə o bildirib.