İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Mirsadıq oğlu Sadıqov vəzifəsindən azad edilib.
ONA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin digər sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Prezident İlham ƏIiyev Mirhəsən Mirheydər oğlu Seyidovun Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında da sərəncam imzalayıb.