• SİYASƏT

    14:55 7 may 2019

Norveç səfirliyi mayın 16-dan Azərbaycandakı fəaliyyətini dayandırır

Norveçin Azərbaycandakı səfirliyi mayın 16-dan fəaliyyətini dayandırır.

ONA-nın məlumatına görə, bu barədə səfirliyin “facebook” səhifəsində qeyd olunub.

Bildirilir ki, Azərbaycanla əlaqədar məsələlərlə mayın 20-dən Norveçin Ankaradakı Səfirliyi məşğul olacaq.

Xatırladaq ki, ötən ilin noyabrında Norveçin Xarici İşlər Nazirliyi Bakıdakı səfirliyini bağlamağı, əvəzində Gürcüstanda səfirlik açmağı qərara alıb.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR