Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 694 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iclasında bildirib.
M. Pənahov qeyd edib ki, beynəlxalq müşahidəçilərin sayı kifayət qədərdir.
Xatırladaq ki, Milli Məclisə növbədənkənar seçkilər 9 fevral tarixində keçiriləcək.