Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi üçün ayrılan müddət başa çatıb.
ONA-nın məlumatına görə, Seçki Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə azı 35 gün qalanadək seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsini təmin etməlidir.
Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar bu müddət yanvarın 5-dək olan dövrü əhatə edib.