• SİYASƏT

    16:18 14 dekabr 2019

Növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyaların sayı 9-a çatıb

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 9-a çatıb.

APA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması məsələsinə baxılıb.

İclasda Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Xatırladaq ki, bundan əvvəl növbədənkənar parlament seçkilərində iştirakla bağlı MSK-ya 3 siyasi partiya müraciət etmişdi.

Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasıdır(VHP).

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR