• SİYASƏT

    15:47 28 dekabr 2019

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1611 nəfər müraciət edib

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar bildirişlərin sayı açıqlanıb.

APA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Azərbaycanda 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermənin yeri, və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni , forması, sayı və hazırlanması qaydası müzakirə edilərək qəbul olunub.

İclasda çıxış edən MSK katibi Arifə Muxtarova qeyd edilib ki, Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar 5 milyon 375 min 967 ədəd bildiriş çap ediləcək.

MSK sədri Məzahir Pənahov deyib ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1611 nəfər müraciət edib.

Onun sözlərinə görə, namizədlərin 293 nəfəri 17 siyasi partiya tərəfindən irəli sürülüb: "13 nəfər təşəbbüs qrupları tərəfindən, 1305 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 1012 nəfəri isə imza vərəqələrini artıq götürüb, 124 nəfəri qaytarıb, 16-ı isə qeydə alınb. 56 nəfər isə seçkilərdə iştirakını dayandırıb”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR